“Səbail”in üç anı - Tovuzdan FOTOREPORTAJ

27 Avqust 2023 03:30 İngiltərə 667
“Səbail”in üç anı - Tovuzdan FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, günün birinci görüşü Tovuzda baş tutub.

“Turan Tovuz” cari mövsümdə ilk dəfə doğma azarkeşləri önündə meydana çıxıb.

Bölgə təmsilçisi geridə qalan üç turda hesabında cəmi 1 xal olan “Səbail”i qəbul edib.

Qarşılaşmada erkən qolla hesab açılıb. Gözlənilmədən bakılılar önə keçiblər. Fransalı hücumçu Aleksandr Ramalinqom adını tabloya yazdırıb.

Azarkeşlər növbəti qolu görmək üçün 57 dəqiqə gözləməli olublar. Yenə ev sahibləri mərkəzə dəvət ediliblər. Bu dəfə Yusif Nəbiyev fərqlənib.

84-cü dəqiqədə panamalı müdafiəçi Roderik Millerin qolu “Turan Tovuz”u ümidləndirsə də, “Səbail” yenidən fərqi iki topa çatdırmağı bacarıb. 90-cı dəqiqədə Ağabala Ramazanov əks-hücumu məntiqi sonluğa çatdırıb.

Beləliklə, rəqibini 3:1 hesabı ilə üstələyən “Səbail” cari mövsümdə ilk qələbəsini qazanıb. Şahin Diniyevin yetirmələri xallarının sayını 4-ə çatdırıblar. “Turan Tovuz” isə 6 xalda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti