Keçmiş klubuna sponsor oldu

16 May 19:40 İngiltərə 258
Keçmiş klubuna sponsor oldu

“Tottenhem”in futbolçusu Harri Keyn daha əvvəl icarə əsasında çıxış etdiyi “Leyton Orient"ə dəstək olub.

Sportinfo.az xəbər verir ki, ingilis hücumçu kemiş klubunun forma sponsoru olub.

Bu barədə Keyn “tvitter” hesabında məlumat yayıb. “Leyton Orient”in yeni mövsümdə geyinəcəyi əsas formada koronavirusla mübarizə aparan həkimlərə təşəkkür mesajı yer alacaq.

Klubun 2-ci və 3-cü formasında isə “Haven House” və “Mind” fondunun loqosu yer alacaq. Keyn 2010/11 mövsümündə icarə əsasında “Leyton Orient”də çıxış edib.

Xəbər Lenti
26 May 22:40 Qurbanov lazım deyil?