Məşhur futbolçu yalan detektoru testindən keçirildi - VİDEO

29 Avqust 2023 07:50 Hadisə 809
Məşhur futbolçu yalan detektoru testindən keçirildi - VİDEO

Kriştiano Ronaldo yalan detektoru testindən keçirilib.

Sportinfo.az xəbər verir ki, test zamanı ondan Çempionlar Liqası kuboklarını dünya çempionluğu ilə əvəz edilməsinə razı olub-olmayacağı da soruşulub.

Portuqaliyalı superulduz beş dəfə Avropa klub futbolunda ən böyük mükafatı qazanıb. Bu uğurlardan birini "Mançester Yunayted”də, dördünü də "Real"da əldə edib.

Karyerası ərzində "Real", "Sportinq", "Yuventus"da çıxış etmiş, hazırda Səudiyyə Ərəbistanı təmsilçisi "Al-Nassr"da forma geyinən Ronaldo, Çempionlar Liqası tarixində ən çox qol (140) vuran oyunçu ünvanına sahibdir .

O, həmçinin beynəlxalq yarışlarda da ən çox qol vurmuş (123) futbolçudur. Ronaldo Portuqaliya millisində 200 oyun keçirib.

2016-cı ildə Portuqaliya millisinin heyətində Avropa çempionu, 2019-cu ildə Millətlər Liqasınının qalibi olsa da, Lionel Messidən fərqli, heç vaxt dünya çempionu adını qazanmayıb.

Ronaldo yalan detektoru testindən keçməyin onun ən çətin sınaqlarından biri olduğunu deyib.

38 yaşlı superulduz onun əsl hisslərini üzə çıxarmaq məqsədi daşıyan bir sıra "hə" və ya "yox" cavabı verməli olduğu suallarla üzləşdiyi üçün heç nə gizlətmədiyini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti