“Real”ın 2 futbolçusu “Everton”un hədəfində

6 Aprel 2020 01:48 İngiltərə 596
“Real”ın 2 futbolçusu “Everton”un hədəfində

“Everton” “Real”ın iki futbolçusunu heyətinə qatmaq niyyətindədir.

Sportinfo.az xəbər verir ki, “Everton”un baş məşqçisi Karlo Ançelotti “kral klubu”nun futbolçuları Qaret Beyl və Xames Rodriqesin xidmətində maraqlıdır.

İtaliyalı mütəxəssis hər iki futbolçunu Mersisayd klubuna keçməyə razı salacağına inanır. “Everton” rəhbərliyi həm Beylə, həm də Xamesə uzunmüddətli müqavilə təklif edəcək.

“Real”ın hər iki futbolçunu satmaq istədiyi də bildirilir. Beylin “Real”la müqaviləsi 2022-ci ilin, Rodriqesin isə 2021-ci ilin yayınadək nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti