Premyer Liqanın lideri vəd etdi: "Maaşınızı alacaqsız"

5 Aprel 2020 11:20 İngiltərə 456
Premyer Liqanın lideri vəd etdi: "Maaşınızı alacaqsız"

İngiltərə Premyer Liqasının lideri “Liverpul” koronavirus pandemiyası ilə əlaqədar işçilərinin çoxunu tətilə buraxıb.

Sportinfo.az xəbər verir ki, “qırmızılar”ın rəsmi saytı vasitəsilə yayılan xəbərdə həmin işçilərin çalışmadığı dönəmdə də öz maaşlarını alacaqları diqqətə çatdırılıb.

Britaniyada sürətlə yayılan pandemiya ilə əlaqədar əksər Premyer Liqa təmsilçiləri işçilərinin çoxunu tətilə buraxıb. Klublardan bəzisi əməkdaşlarına çalışmayacaqları dönəm üçün maaş verməyəcəyini açıqlasa da, “Liverpul” fərqli addım atıb.

Daha öncə “Bornmut” və “Nyukasl” da oxşar qərar çıxarmışdı. “Liverpul” həmçinin futbolçularla və məşqçilər heyəti ilə maaşlarının azaldılması yönündə danışıqların getdiyini də açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti