"Klub mənə əvəzedici tapmadığı üçün satmadı"

30 Mart 2020 19:45 İngiltərə 490
"Klub mənə əvəzedici tapmadığı üçün satmadı"

"Çelsi"nin hücumçusu Olivie Jiru İngiltərə mətbuatına müsahibə verib.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı forvard komandadan ayrılmaq istədiyini gizlətməyib:

"Düzünü desəm, özümü hər klubda görürəm. Çətin bir altı ay keçirdim. Davamlı oynamaq və meydanda olmaqdan zövq almaq istəyirdim. Buna görə də yanvarda "Çelsi"ni tərk etməyə çalışdım.

Ancaq klub mənə əvəzedici tapmadığı üçün satmadı. Qış transfer dönəminin son gününə qədər getməyi düşünürdüm. Komandada qaldığıma görə məyus olmuşdum. Ancaq səhəri gün “Çelsi” forması ilə meydana çıxdım. Sonra isə hər şeyi unutdum”.

Fransalı cari mövsümdə "Çelsi"də 13 oyun keçirib və 3 qol vurub. Futbolçunun "zadəganlar”la müqaviləsi iyunun sonunda başa çatır. Qışda Jirunun “Tottenhem”ə keçəcəyi iddia edilirdi.

Digər Xəbərlər
Xəbər Lenti