Klubun rəhbəri tanınmış futbol adamını niyə vəzifədən uzaqlaşdırdı?

3 Noyabr 2023 09:40 Kəpəz 3 517
Klubun rəhbəri tanınmış futbol adamını niyə vəzifədən uzaqlaşdırdı?

«Kəpəz»də islahatların yeni mərhələsi başlayıb.

Təhlükəsizlik xidmətinin rəisi Elmar Əliyevdən sonra daha bir vəzifəli şəxs klubun gündəlik fəaliyyətindən uzaqlaşdırılıb.

Müxtəlif vaxtlarda komandanın baş məşqçisi, rəisi və vitse-prezidenti olmuş Mehman Allahverdiyev idman direktoru postundan kənarlaşdırılıb.

İki il .öncə bu vəzifəyə təyin edilmiş tanınmış mütəxəssis yalnız İdarə Heyətinin (İH) üzvü kimi burada saxlanılıb. Ötən ilin yayında İH-nin üzvü seçilmiş Allahverdöiyev daha «Kəpəz»dən əməkhaqqı olmayacaq.

O, ictimai əsaslarla, yəni, formal şəkildə klubla bağlılığını saxlayacaq. Təbii ki, bu vəziyyətlə barışsa.

Allahverdiyevin vəzifəsini itirməsi Gəncənin futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Reaksiyalar müxtəlifdir. Hamını bu sual düşündürür ki, İlqar Nadiri nədən belə bir qərar verib?

Bizdə olan məlumata görə, İdarə Heyətinin sədri bu addımı məcburiyyətdən atıb. Daha doğrusu, sabiq idman direktoru öz hərəkətləri ilə onu buna sövq eləyib.

Belə ki, Allahverdiyev klub daxilində, eləcə də müxtəlif kluarlarda davamlı olaraq sədrin fəaliyyətinin əleyhinə fikirlər söyləyib, özünü «muxtar respublika», «dövlət içində dövlət» kimi aparıb.

Rəhbərə müxalif mövqe sərgiləyən Allahverdiyev İdarə Heyətinə sədr seçilməyə iddiasını da gizlətməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti