"Hər kəs onun klubdan ayrılmaq istədiyini bilir"

18 Fevral 2020 17:36 İngiltərə 493
"Hər kəs onun klubdan ayrılmaq istədiyini bilir"

"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanın qardaşı Matias Poqba fransalı futbolçunun gələcək karyerası ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, Matias onun Mançester təmsilçisindən ayrılmaq istədiyini bildirib:

"Hər kəs Polun “Mançester Yunayted"dən ayrılmaq istədiyini bilir. O, Çempionlar Liqasında oynamaq və titul qazanmaq istəyir. Amma hazırkı komandasında bu olmayacaq. Yayda nə olacağını bir yerdə görəcəyik”.

Daha öncə isə Poqbanın meneceri Mino Raiola oyunçusunun "Yuventus"a qayıtmağa hazır olduğunu bildirmişdi. 26 yaşlı fransalının klubu ilə 2021-ci ilin yayına qədər müqaviləsi var.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"