"Karyeramı "Çelsi"də bitirə bilərəm"

10 Noyabr 2019 21:10 İngiltərə 996
"Karyeramı "Çelsi"də bitirə bilərəm"

"Karyeramı "Çelsi"də bitirə bilərəm" - Sportinfo.az Britaniya mediasına istinadən xəbər verir ki, bu açıqlama "Çelsi"nin fransız legioneri Nqolo Kanteyə məxsusdur.

O, bildirib ki, 2015-ci ildə "Marsel"i deyil, "Lester"i seçməklə düzgün qərar verib: "Lester"də çempionluq qazandım və bu məni İngiltərədə tanıtdı. Oradan isə "Çelsi"yə gəldim.

Artıq burada 3-cü mövsümdür keçirirəm. "Çelsi" ilə müqaviləm hələ 2023-cü ildə bitəcək. Amma mən karyeramın sonuna qədər bu komandada qalmaq istərdim. Özümü başqa klubda təsəvvür etmirəm. "Çelsi" mənə çox kömək edib. Ona görə sevimli komandamla birlikdə çoxlu titullar, kuboklar qazanmaq istəyirəm".

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...