Premyer Liqadan ayrıldı - İspaniya klubu ilə danışıqlar aparır

20 May 2024 22:00 İngiltərə 1 465
Premyer Liqadan ayrıldı - İspaniya klubu ilə danışıqlar aparır

İspaniyalı yarımmüdafiəçi Tiaqo Alkantara “Liverpul”dan azad agent kimi ayrılıb.

Sportinfo.az “Todofichajes”-ə istinadən xəbər verir ki, oyunçunun İspaniya La Liqasında oynamaq imkanı var.

Futbolçuya əsas namizəd “Betis” klubu hesab olunur. Tərəflər artıq danışıqlar aparırlar.

Alkantara özü də karyerasını İspaniya çempionatında davam etdirməyə hazırdır.

O, İngiltərə Premyer Liqasının bu mövsümündə cəmi bir oyun keçirib. 33 yaşlı yarımmüdafiəçi İspaniyada “Barselona”dakı çıxışı ilə tanınır. O, 2008-2013-cü illərdə “Barsa”da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Dekabr 18:10 Çək və bizə göndər!
29 Dekabr 08:40 Yaponiyaya yollandı - FOTO
29 Dekabr 07:10 Yollar buz bağlayacaq