"O, bu dürumü düzgün analiz etməli və komandanı dəyişməlidir"

19 Oktyabr 2021 00:14 İngiltərə 431
"O, bu dürumü düzgün analiz etməli və komandanı dəyişməlidir"

Getməyi lazımdır – Burda nə isə qəribəlik var

Qari Nevill Donni van de Bekin “Mançester Yunayted”dəki durumu haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Nevill Donninin uzun müddət niyə oynamadığının onun üçün anlaşılmaz olduğunu deyib.

O, futbolçuya məsləhət görüb ki, komandasını dəyişsin:

“Niyə Donni van de Bekə şans verilmir? Burada nə isə qəribəlik var. Ona artıq il yarımdır ki, şans verilmir.

Bu da o nəticəyə gətirir ki, futbolçu Sulşerin istəyi olmadan transfer olunub.

Hesab edirəm ki, futbolçu bu dürumü düzgün analiz etməli və komandanı dəyişməlidir. O, oynaya biləcəyi komandaya keçməlidir”.

Donni van de Bek cari mövsümdə yalnız “Nyukasl”la oyunun 85-ci dəqiqəsində meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti