"Barselona" ilə anlaşdı

14 May 2021 00:00 İngiltərə 1 753
"Barselona" ilə anlaşdı

"Mançester Siti"dən ayrılacağı dəqiqləşən Serxio Aqueronun yeni klubu bəlli olub.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı hücumçu İspaniya "Barselona"sı ilə anlaşıb.

Argentinalı oyunçunun transferi "Mançester Siti" və "Çelsi" komandaları arasında keçiriləcək Çempionlar Liqasının finalından sonra açıqlanacaq.

Oyun mayın 29-da Portuqaliyanın Portu şəhərindəki "Draqau" stadionunda olacaq.

Aquero Kataloniya təmsilçisi azad agent kimi keçəcək. Serxio Aquero 2011-ci ildən "Mançester Siti"də çıxış edir. Onun müqaviləsi mövsümün sonunda başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti