“Neftçi” I Liqada çıxış edəcək - Növbəti mövsümdən

01:20 Həndbol 91
“Neftçi” I Liqada çıxış edəcək - Növbəti mövsümdən

Həndbol üzrə Azərbaycan I Liqasında iştirak edəcək komandalar müəyyənləşib.

bunu "report"a açıqlamasında Azərbaycan Həndbol Federasiyasının İdman şöbəsinin müdiri İsgəndər Əsgərov deyib.

Qurum rəsmisi əlavə zona yarışlarının keçiriləcəyini də vurğulayıb:

"Hazırda Azərbaycanın Yüksək Liqalarında 6 kişi və eyni sayda qadın komandaları mübarizə aparır. Növbəti ildən kişilər və qadınlar arasında yeni yarış - I Liqa təşkil edəcəyik.

Bu liqada 6 kişi ("Neftçi", "Qazax", "Mingəçevir", "Gəncə", "Göygöl", "Cənub"), 4 qadın ("Bakı-2", "Tovuz", "Gəncə", "Göygöl") komandası iştirak edəcək.

Ümumiyyətlə, Azərbaycan çempionatlarında 12 kişi, 10 qadın komandası olacaq. Zona birinciliyi də keçiririk.

Daha bir neçə zona yarışları təşkil olunacaq. Rayonlarda 13-14 yaşadək həndbolçular yarışlarda mübarizə aparacaqlar".

İ.Əsgərov regionlarda komandaların sayının çoxaldığını bildirib:

"Bu gün bir sıra bölgələrimizdə - Mingiçevir, Qazax, Gəncə, Göygöl yeni layihələrə başlamışıq. Bundan əlavə, cənub zonasında - Lənkəran, Astara və Lerikdə böyük işlər gedir.

Yeniyetmə həndbolçuların hazırlığı ilə məşğul oluruq. Bakıda yalnız "Nəsimi" və "Təhsil" idman məktəblərində həndbol bölməsi qalıb və orada cəmi bir neçə məşqçi fəaliyyət göstərir.

Bu, ən böyük problemlərdəndir. Amma onları aradan qaldırmağa çalışırıq, məşqçilərlə bağlı tələblərimiz var.

Yaxın 4 ildə məşqçilərimizin sayının çoxalacağını düşünürük. Əsas çatışmazlıq odur ki, idman məktəblərinin əksəriyyətində həndbolla bağlı bölmə yoxdur".

Digər Xəbərlər
Xəbər Lenti
27 Dekabr 18:10 Çək və bizə göndər!
27 Dekabr 02:30 1000 manatlıq söyüş