“Neftçi”nin sabiq baş məşqçisinin proqnozu: “Göndərilsə, təəccüblənmərəm“

3 Dekabr 2020 17:00 Hadisə 735
“Neftçi”nin sabiq baş məşqçisinin proqnozu: “Göndərilsə, təəccüblənmərəm“

“Neftçi”nin sabiq baş məşqçisi Vlastimil Petrjela “Zenit”in Çempionlar Liqasındakı çıxışını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, vaxtilə “Zenit”i də çalışdıran çexiyalı mütəxəssis Sankt-Peterburq təmsilçisinin çıxışını biabırçılıq adlandırıb.

O, komandanın baş məşqçisi Sergey Semakın istefaya gedəcəyini də proqnozlaşdırıb: “Zenitin ÇL-dəki nəticəsi biabırçılıqdır. Mənə bir azarkeş kimi bunu izləmək ağırdır. Hətta problemin nədən qaynaqlandığını da bilmirəm.

Pis oyunçular, yoxsa pis məşqçi? Ola bilsin ki, hər ikisi. Semaka görə narahatam. Ancaq birinci dəfə deyil ki, o, ÇL-də pis nəticə əldə edir. Başa düşmək lazımdır, Rusiyada yaxşı oynamaq Avropada uğura təminat vermir.

Hesab edirəm ki, Semak sona qədər gedəcək. Düşünmürəm ki, o, öz istəyilə istefa verəcək. Rəhbərliyin isə nəvaxta qədər gözləyəcəyi maraqlıdır. Yaxı n günlərdə Semak istefaya göndərilsə, təəccüblənmərəm”.

Digər Xəbərlər
Xəbər Lenti