"Əgər son cavab olmasa, özümüz uşaqlarımızın dalınca yola düşəcəyik”

28 Noyabr 2020 09:30 Hadisə 433
"Əgər son cavab olmasa, özümüz uşaqlarımızın dalınca yola düşəcəyik”

Sportinfo.az xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan hökumət binası qarşısında etiraz aksiyası keçirən hərbçilərin qohumları ilə görüşüb. .

Görüşdən sonra aksiya iştirakçıları bildiriblər ki, Paşinyan ona daha iki gün vaxt vermələrini xahiş edib, bundan sonra o onların suallarına dəqiq cavab verəcək.

“Paşinyan dedi ki, şəxsən zəmanət verir. Amma biz cavab verdik ki, buna inanmırıq. Onda o qeyd etdi ki, son cavabı 30 noyabrdan gec olmadan verəcək.

Dedik ki, əgər 30 noyabra qədər son cavab olmasa, özümüz uşaqlarımızın dalınca yola düşəcəyik”, - deyə valideynlərdən biri bildirib.

Digər valideyn isə onların uşaqlarının Ermənistanın hərbi hissələrinə xidmətə köçürülməsini tələb etdiklərini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti