İndi baxmağa üzləri də yoxdur... FOTOLAR

19 Aprel 07:20 Hadisə 1 330
İndi baxmağa üzləri də yoxdur... FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycana qarşı çoxsaylı hərbi cinayətlərdə ittiham olunan Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 18-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə Xocalı soyqırımı ilə bağlı kadrlar nümayiş etdirilib.

Videomateriallarda həssas məqamların olduğu nəzərə alınaraq ürəyi zəif olanların zaldan çıxmaları barədə xəbərdarlıq edilib.

Videomateriallarda müxtəlif yaş qrupundan olan kişilərin və qadınların, o cümlədən uşaqların və qocaların meyitlərinin görüntüləri yer alıb. Meyitlərin bir hissəsi dərisi soyulmuş, gözləri çıxarılmış, bəzi əzaları kəsilmiş vəziyyətdə olub. Videonun nümayişi zamanı zalda olanlar kövrəlib.

33 il öncə Milli Qəhrəman Çingiz Mustafayevin “Üzünü qaldır, üzünü” deyərək lentə aldığı körpələrin görüntülərini təqsirləndirilən şəxslər də izləyib.

Onların bəziləri videogörüntülərin onlara guya pis təsir etdiyini öz hərəkətləri ilə nümayişkəranə şəkildə göstəriblər. Bəzilərinin isə görüntülərə baxmağa üzü belə olmayıb.





Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var