COP29

Erməni futbolçu 2 nəfəri öldürüb qaçdı: Biri polisdir - FOTO

5 Aprel 08:30 Hadisə 303
Erməni futbolçu 2 nəfəri öldürüb qaçdı: Biri polisdir - FOTO

Ermənistanın gənclərdən ibarət yığmasının və “Mika”nın keçmiş qapıçısı Armen Fişyan Stavropolda yol polisi əməkdaşını və sürücünü vuraraq öldürüb.

Sportinfo.az xəbər verir ki, hadisə martın 23-də səhər saatlarında baş verib.

36 yaşlı Fişyan avtomobili ilə Mineralnıye Vodı istiqamətində hərəkətdə olub.

O, Qafqaz yolunun 284-cü kilometrliyində sol zolaqdan sağa istiqamətlənib və polis leytenantını, onun cərimə yazmaq üçün saxladığı sürücünü vurub. Nəticədə hər iki şəxs dünyasını dəyişib.

Fişyan qəza yerindən qaçıb. Lakin 60 kilometrdən sonra saxlanılıb. O, həbsi zamanı heç kimi vurmadığını iddia etsə də, maşının üzərindəki qanın haradan olduğunu izah edə bilməyib.

Fişyan barəsində “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma” maddəsi ilə iş açılıb. Onu 15 ilə qədər həbs gözləyir.
Fişyan 2012-2016-cı illərdə "Mika"da çıxış edib.

O, həmçinin 2005-ci ildə Avropa Gənclər Çempionatında Ermənistanın 19 yaşadək futbolçulardan ibarət komandasının siyahısında yer alıb. Karyerasını 2016-cı ildə başa vurub/Publika.az

Digər Xəbərlər
Xəbər Lenti