Azərbaycanlı FIFA agenti beynəlxalq transfer həyata keçirir - Serbiyadan Asiyaya

11:30 Hadisə 137
Azərbaycanlı FIFA agenti beynəlxalq transfer həyata keçirir - Serbiyadan Asiyaya

Azərbaycan futbol menecerliyi və agentlik sahəsində beynəlxalq arenaya inteqrasiya prosesi yeni bir mərhələyə qədəm qoyur.

Son dövrlərdə yerli idarəçilərin xarici bazarlarda aktivliyinin artması müşahidə olunur ki, bunun da növbəti nümunəsi yaxın günlərdə rəsmiləşmək üzrədir.

Əldə etdiyimiz məlumata görə, rəsmi FIFA lisenziyalı azərbaycanlı agent Emil Əsədov hazırda Avropa və Asiya çempionatlarını əhatə edən beynəlxalq transfer əməliyyatını yekunlaşdırır.

Verilən xəbərə görə, həmyerlimiz Serbiya Superliqasında çıxış edən futbolçunun Asiya ölkələrindən birinə keçidini reallaşdırır.

Tərəflər arasında danışıqların artıq yekun mərhələdə olduğu, transferin yaxın vaxtlarda rəsmiləşəcəyi və müqavilənin detallarının tezliklə ictimaiyyətə açıqlanacağı gözlənilir.

Bu keçid yerli agentlərin təkcə daxili bazarda deyil, həmçinin xarici liqalar arasında da transfer əməliyyatları apara biləcək funksionallığa sahib olduğunu göstərir.

Son gələn xəbərlərə görə, transfer danışıqlarının birbaşa yerində idarə olunması və prosesin sürətləndirilməsi məqsədilə azərbaycanlı agent hazırda Vyetnamda səfərdədir.

Bu səfər transferin Asiya qitəsindəki ünvanı və müqavilə şərtləri ilə bağlı detalların artıq tam yekunlaşmaqda olduğunun mühüm göstəricisidir.

Xüsusilə qeyd etmək lazımdır ki, rəsmi FIFA agenti Emil Əsədov məhz bu sahəyə gələrkən əsas fəaliyyət xəttini və hədəflərini sırf beynəlxalq səviyyəli transferlərin həyata keçirilməsi üzərində qurub.

E.Əsədov daha öncə də yerli futbolçuların xaricə transferində önəmli rol oynayıb.

O, Rüfət Abdullazadəni "Səbail"dən Xorvatiya Superliqasına, eləcə də bu il oradan icarə əsasında İsrailə - "Kiryat Şmona"ya aparan, həmçinin Yusif İmanovun Kosovo Superliqasına transferini həyata keçirən agentdir.

Serbiya və Asiya xəttindəki bu son əməliyyat da onun qlobal futbol sənayesindəki növbəti strateji addımıdır.

Məlumat üçün bildirək ki, Emil Əsədov ölkə futbolunun həm yerli, həm də legioner statuslu bir çox tanınmış simalarının - Rüfət Abdullazadə, Yusif İmanov, Səbuhi Abdullazadə, Emmanuel Yaqir, Seymur Məmmədov, Sadiq Məmmədzadə, Seyxan Fərəcov və Kamran Quliyev kimi oyunçuların rəsmi agentidir.

SPORTİNFO.AZ

Azərbaycanlı FIFA agenti beynəlxalq transfer həyata keçirir - Serbiyadan Asiyaya

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 İyul 16:50 Çək və bizə göndər!