"Şəfa" yeni transfer gerçəkləşdirib.
Sportinfo.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Bakı təmsilçisi yarımmüdafiəçi Musa Quelini heyətinə qatıb.
27 yaşlı fransalı ilə 1 illik müqavilə imzalanıb.
Musa son olaraq Şimali Makedoniyada - “Tikves”də çıxış edib. O, karyerası ərzində Türkiyədə “Samsunspor”un, Fransada isə “Dankerk”, “Red Star”, “Valansyen” və “Loryan”in formasını geyinib.
"Şəfa" bunadək Zaur Həşimov (baş məşqçi), Məmməd Hüseynov ("Kəpəz") Arsen Ağcabəyov ("Şamaxı"), Rauf Hüseynli ("Kəpəz"), Nicat Mehbalıyev ("Sabah"), Murad Musayev ("Qəbələ") Vlad Marian Pop (“Unirea Sloboziya”, Rumıniya), Andrey Fernando Draqu ("Unirea Sloboziya” , Rumıniya) ilə müqavilə imzalayıb.

