O gün gəldi: Bakıda seçil, İspaniyanın məşhur klubunda oyna! - FOTOLAR

14:00 Hadisə 149
O gün gəldi: Bakıda seçil, İspaniyanın məşhur klubunda oyna! - FOTOLAR

“Villarreal CF” Akademiyası Bakıda: Gənc futbolçular üçün İspaniyaya aparan yol açılır.

7-9 avqust tarixləri aralığında Bakıda “Villarreal CF” Akademiyasının rəsmi beynəlxalq futbol düşərgəsi keçiriləcək.

U8-U18 yaş qrupları üçün nəzərdə tutulan düşərgə Milli Aviasiya Akademiyasının stadionunda təşkil olunacaq və iştirakçılara İspaniyanın ən nüfuzlu futbol akademiyalarından birinin metodologiyası ilə çalışma imkanı yaradacaq.

Düşərgə “Villarreal CF Academy”, Azərbaycanın aparıcı idman şirkətlərindən biri olan “QOLAT Sport Service & Football Agency”, İspaniyanın tanınmış futbol təhsil platforması “Jordi Gratacós Football Formation” və “Demir Sports” əməkdaşlığı ilə həyata keçirilir.

Bu tərəfdaşlıq layihəyə beynəlxalq təcrübə qazandırmaqla yanaşı, futbolun inkişafına da töhfə verməyi hədəfləyir.

Düşərgənin ən diqqətçəkən məqamı isə seçilən ən yaxşı oyunçunun İspaniyada “Villarreal CF” tərəfindən təşkil olunan xüsusi futbol təcrübəsi proqramına qatılmaq və akademiya komandası ilə beynəlxalq turnirdə iştirak etmək şansı qazanmasıdır.

Qalib futbolçunun İspaniyaya gediş-gəliş, yaşayış və turnir müddətindəki bütün xərcləri təşkilatçı və “Villarreal CF” tərəfindən qarşılanacaq.

Üç gün davam edəcək proqram “Villarreal CF”in peşəkar akademiya metodologiyası əsasında hazırlanıb. İştirakçılar texniki, taktiki və fiziki hazırlıq üzrə məşqlərə cəlb olunacaq, eyni zamanda, “Villarreal CF” mütəxəssisləri tərəfindən fərdi şəkildə qiymətləndiriləcəklər.

Hər bir oyunçu üçün peşəkar performans hesabatı hazırlanması da nəzərdə tutulur.

Təşkilatçılar bildirirlər ki, bu tədbir akademiyaya qəbul seçməsi deyil, “Villarreal CF”in beynəlxalq futbol düşərgəsi layihəsidir.

Məqsəd gənc futbolçulara beynəlxalq futbol mühitini yaxından tanıtmaq, onların inkişafına dəstək vermək və istedadlı oyunçular üçün yeni imkanlar yaratmaqdır.

İştirak haqqı 220 avro təşkil edir. Bu məbləğə 3 günlük məşq proqramı, rəsmi “Villarreal CF” forması, fərdi qiymətləndirmə, iştirak diplomu və müxtəlif hədiyyələr daxildir.

UEFA Avropa Liqasının 2021-ci il qalibi olan “Villarreal”ın Bakıda təşkil etdiyi bu beynəlxalq düşərgə Azərbaycan futbolunda gənc istedadların Avropa futboluna inteqrasiyası və beynəlxalq təcrübə qazanması baxımından mühüm layihələrdən biri hesab olunur.

“QOLAT Sport Service & Football Agency”, “Jordi Gratacós Football Formation” və “Demir Sports”un tərəfdaşlığı ilə keçirilən proqram yerli futbolçular üçün Avropaya açılan yeni bir qapı rolunu oynayacaq.

“QOLAT Sport Service & Football Agency” üçün “Villarreal Camp Baku” layihəsi, uğurla keçirilən “Football Conference Baku” tədbirindən sonra növbəti mühüm beynəlxalq futbol təşəbbüsü kimi diqqət çəkir.

Şirkət bu layihə ilə bir daha Azərbaycanda futbolun inkişafına, gənc istedadların beynəlxalq təcrübə qazanmasına və ölkəmizdə qlobal futbol brendlərinin iştirak etdiyi peşəkar tədbirlərin təşkilinə ciddi töhfə verdiyini nümayiş etdirir.

“Villarreal”ın Bakıda təşkil etdiyi beynəlxalq düşərgəsinə qeydiyyatdan keçmək üçün aşağıdakı forumu doldura bilərsiz:

https://forms.gle/FtPkffVFi325bhJd8

Əlaqə nömrəsi

+994554579898

+994555271040

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti