"Qarabağ"a qayıdacağı gündəmə gəlmişdi, bu ölkəyə getdi

10 İyul 14:20 Hadisə 629
"Qarabağ"a qayıdacağı gündəmə gəlmişdi, bu ölkəyə getdi

“Qarabağ”ın sabiq legioneri Julio Romaonun yeni klubu bəlli olub.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi karyerasını "Axmat"da davam etdirəcək.

Bu barədə Rusiya klubunun rəsmi saytı məlumat yayıb.

“Ferentsvaroş”dan ayrılan braziliyalı ilə 3 illik müqavilə imzalanıb.

Romao 2022-25-ci illərdə “Qarabağ”da oynayıb və üç dəfə Azərbaycan çempionu olub. Onun "Qarabağ"a qayıdacağı ilə bağlı xəbərlər yayılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti