Eks “Qarabağ”lı vidalaşdı - Digər təklifləri nəzərdən keçirməyə başladı

10 İyul 02:00 Hadisə 692
Eks “Qarabağ”lı vidalaşdı - Digər təklifləri nəzərdən keçirməyə başladı

“Qarabağ”ın sabiq legioneri Julio Romao “Ferentsvaroş”dan ayrılıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı bu barədə sosial şəbəkə hesabından paylaşım edib.

28 yaşlı dayaq yarımmüdafiəçisi Macarıstan klubuna təşəkkürünü bildirib. Azad agent statusu alan Romao artıq digər təklifləri nəzərdən keçirməyə başlayıb.

Hətta keçmiş komandası “Qarabağ”ın da adı onunla maraqlanan klublar sırasında hallanır.

Julio Romao “Ferentsvaroş”a 2025-ci ilin əvvəlində məhz “Qarabağ”dan keçib.

Digər Xəbərlər
Xəbər Lenti