Serbiyanın paytaxtı Belqradda ölkənin ən böyük futbol tədbiri olan "Deal Done Serbia" forumu (dealdoneserbia.com) start götürüb.
Bu il təqvimin birinci, ümumilikdə isə tarixinin ikinci buraxılışı təşkil olunan forumun əsas hədəfi yaxın illərdə regionun ən böyük idman platformasına çevrilməkdir.
İlk gündə Endi Baranın çıxışı və skautinq panelləri
Təşkilatçılıq səviyyəsi və qonaqların sayı baxımından bu ilki tədbir birincini üstələyir.
Forumun ilk günündə tanınmış futbol agenti Endi Bara çıxış edərək, transfer bazarının mövcud vəziyyəti barədə fikirlərini bölüşüb və bu çıxış iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbir çərçivəsində həmçinin xüsusi skouting panelləri təşkil olunub, müxtəlif klubların nümayəndələri təqdimatlarla çıxış ediblər. Bununla yanaşı, futbol menecmenti və analitikası sahəsində tətbiq olunan yeni rəqəmsal platformalar nümayiş etdirilib.
"Asadov Pro Bridge" forumda İştirak Edir
Tədbirdə Azərbaycanı "Asadov Pro Bridge" futbol agentliyi və onun həmtəsisçisi, lisenziyalı FİFA agenti Emil Asadov təmsil edir.
Agentliyin forumda iştirakının əsas məqsədi beynəlxalq futbol qurumlarının və klubların nümayəndələri ilə işgüzar əlaqələr qurmaq, yeni skouting metodları ilə tanış olmaq və əməkdaşlıq imkanlarını dəyərləndirməkdir.
Belqradda son gün
Bu gün forumun ikinci iş günüdür. Proqrama əsasən, bu gün daha çox klub rəsmiləri və agentliklər arasında birbaşa görüşlərin keçirilməsi, yeni futbol platformalarının praktiki tətbiqi müzakirə olunacaq.
Üçgünlük layihə sabah baş tutacaq panellərlə öz işini yekunlaşdıracaq.
SPORTİNFO.AZ

