Yeni gələn baş məşqçi İngiltərəyə qol vuran azərbaycanlını arzulayır

21:20 Hadisə 393
Yeni gələn baş məşqçi İngiltərəyə qol vuran azərbaycanlını arzulayır

Ötən mövsüm I Liqada “Şəfa” ilə çempionluğu bayram edən Ramin Nəsirli Premyer Liqa klubundan təklif alıb.

“Araz-Naxçıvan” onu heyətində görmək istəyir.

Bu, yeni baş məşqçi Cavid Hüseynovun istəyidir.

38 yaşlı çalışdırıcı Nəsirlini komandasında görmək həvəsindədir.

Lakin tərəflərin ortaq məxrəcə gələcəyi və izdivacın baş tutacağı inandırıcı deyil.

Raminin 2 il əvvəl Naxçıvan təmsilçisinin şərəfini qoruması və daxildəki ab-havadan xəbərdar olması keçidin reallaşmaq şansını azaldır.

Maraq üçün bildirək ki, Premyer Liqada ilk matçına “Neftçi”nin heyətində çıxan 23 yaşlı solaxay 2024-cü ildə U-21 millimizin heyətində İngiltərədən olan həmyaşıdlarının qapısına vurduğu qolla adından söz etdirmişdi.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti