«Şəfa»nın yeni baş məşqçisi Zaur Həşimov öz korpusunu formalaşdırmağa çalışır.
Onun artıq 3 köməkçisi var. Rauf Əliyev, Hacı Əhmədov və Cəmil Hacıyev paytaxt təmsilçisində işə başlayacaq.
Qapıçılar üzrə məşqçi kim olacaq? Bu sual hələ açıq qalıb.
21 ildən sonra Premyer Liqaya dönmüş «ağ-göylər»lə üçillik müqavilə bağlamış Z.Həşimovun əslində həmin posta namizədi var Anar Nəzirov.
Altı ildən «Zirə»nin formasını geyinən 41 yaşlı qapıçıya o, artıq karyerasını başa vurmağı və «Şəfa»ya gəlməyi məsləhət görüb.
Vaxtilə Azərbaycan yığmasına dəvət almış qaxlı kiper ondan vaxt istəyib - «qartallar»ın çalışdırıcısı Rəşad Sadıqovla danışıb halallıq almaq üçün.
SPORTİNFO.AZ


