“Papağın yerini tez de” - Paylaşım etməyə peşman oldu: FOTOLAR

20:00 Hadisə 199
“Papağın yerini tez de” - Paylaşım etməyə peşman oldu: FOTOLAR

Məşqçi və futbolçu heyəti mövsümlərarası fasilə müddətindən səmərəli yararlanmağa çalışır.

İyun ayında əksər futbolçular dincəlmək üçün xarici ölkələrə üz tutub.

Hətta aralarında Asiyaya yollananları da görmək mümkündür. “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə və “Zirə”nin yarımmüdafiəçisi İsmayıl İbrahimli kimi.

Vaxtilə “Qarabağ”da çiyin-çiyinə oynamış, ayrı-ayrı vaxtlarda milli komandada mübarizə aparmış İbrahimli ilə Mustafazadə uzaq Çinə səfər edib.

İsmayıl ərazisinə görə dünyanın 3-cü, əhalisinin sayına görə dünyanın 2-ci ən böyük ölkəsindən çəkdiyi şəkilləri “instagram” izləyicilərinə təqdim edib.

Futbolçu yoldaşları yazdıqları şərhlərlə bir növ İbrahimlini paylaşıma görə peşman ediblər:

Musa Qurbanlı: “Çin, yoxsa Kitay?”

Toral Bayramov: “Qərdeşlər dincəlirdə”.

Aydın Bayramov: “Abi dincəlir”.

Namiq Ələsgərov: “Dincəlməlidir də”.

Nicat Qurbanov: “Qardaş pulu xərcləyir ki, dünya görüşü artsın”.

Nəriman Axundzadə: “Abinin çətiri”.

Araz Abdullayev: “Papağın yerini tez denən”.

Hər nə qədər maraqlı olsa da, İsmayıl atmacaların heç birinə cavab verməyib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti