Ermənistan millisinin keçmiş kapitanı Henrix Mxitaryan ölkəsinin vətəndaşlarına müraciət edib.
Sportinfo.az xəbər verir ki, “İnter”in yarımmüdafiəçisi sosial şəbəkə hesabında paylaşdığı müraciətdə seçkilərdə iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildirib.
“Ermənistan Respublikasının vətəndaşı kimi seçkilərdə iştirak etmək mənim borcumdur. Öz seçiminizi edin” - deyə, o, qeyd edib.
Vaxtilə Şuşada özünə villa tikmiş futbolçu paylaşımına əlində Ermənistan pasportu olan fotosunu əlavə edib.


