Respublika çempionatında III yeri tutan məktəbli qızın meyiti tapıldı

2 İyun 11:20 Hadisə 455
Respublika çempionatında III yeri tutan məktəbli qızın meyiti tapıldı

Qubanın Alekseyevka kəndində 15 yaşlı məktəbli qızın meyiti aşkarlanıb.

Sportinfo.az xəbər verir ki, hadisə mayın 29-da baş verib.

Belə ki, Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Rabiyyə Abdullayevanın meyiti yaşadığı evdə tapılıb.

Rabiyyə idman sahəsində əldə etdiyi nailiyyətlərlə də tanınıb. O, taekvondo üzrə 55 kq çəki dərəcəsində keçirilən Respublika çempionatında III yerə layiq görülüb.

İddialara görə, valideynləri son vaxtlarda onun idmana olan marağından narazı imiş.

Hadisə məktəb kollektivində və kənd sakinləri arasında dərin üzüntüyə səbəb olub. Bu səbəbdən məktəbdə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilməsi planlaşdırılan bütün tədbirlər ləğv edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 07:50 Pensiyanız ARTA BİLƏR