“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo doğum gününü Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən “Lavaş” adlı erməni restoranında qeyd edib.
Portuqaliyalı əvvəlcə həyat yoldaşı Corcina Rodrigesin orada keçirdiyi tədbirdə iştirak edib, daha sonra isə özü də eyni məkanda doğum gününü qeyd edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, restoran əməkdaşı Vircina açıqlamasında Ronaldonun məkanda iki fərqli mərhələdə olduğunu bildirib: birinci dəfə ailəvi şəkildə yuxarı mərtəbədə, daha sonra isə zalın mərkəzində digər qonaqlarla birlikdə oturub.
Restoran həmin vaxt tam dolu olub. Yüksək qazancına baxmayaraq, 41 yaşlı futbolçu bütün zalı bağlatdırmayıb və yalnız bir zonanı seçib. Bu yanaşma onun “sadə və təvazökar davranışı” kimi qiymətləndirilib.
Ronaldo restoran heyətinə təşəkkür edib, işçilərə xoş münasibət göstərib və sonda yaxşı məbləğdə bəxşiş verib.
Menyuda isə “xabob” adlı xüsusi yemək, erməni qəlyanaltıları, salatlar və şirniyyatlar yer alıb. Hətta futbolçunun az da olsa, tortun dadına baxdığı bildirilib.

