Portuqaliya yığmasının ulduzu və kapitanı Kriştianu Ronaldo ailəsi ilə birgə Milad bayramını qeyd edib.
Sportinfo.az xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında paylaşım edib.
Ulduz futbolçu ailəsi ilə birgə evdə şam ağacının əhatəsində dayanıb.
Paylaşımına isə bu sözləri yazıb: “Yenilənən ümid, qucaqlayan sevgi, dəstəkləyən ailə və yol göstərən işıq. Milad bayramınız mübarək”.
Həmin görüntüləri təqdim edirik:

