Məşhur cütlüyün dördüncü uşaqları dünyaya gəldi - FOTOLAR

24 Dekabr 2025 03:50 Hadisə 581
Məşhur cütlüyün dördüncü uşaqları dünyaya gəldi - FOTOLAR

Məşhur ispan müğənni Enrike İqlesiasla rusiyalı keçmiş tennisçi və model Anna Kurnikova dördüncü dəfə valideyn olublar.

Sportinfo.az”xəbər verir ki, bu barədə Kurnikova instaqram hesabında körpənin şəklini paylaşaraq məlumat yayıb.

“Mənim günəşim, 17 dekabr 2025-ci il”, - Kurnikova yazıb.

Yeni doğulmuş körpənin cinsi və adı hələlik açıqlanmır.

50 yaşlı İqlesias və 44 yaşlı Kurnikova hələ 2001-ci ildə görüşməyə başlayıblar. Onlar sənətçinin klip çəkilişlərinin birində tanış olublar.

Cütlüyün 2017-ci ildə Nikolas və Lüsi adlı əkizləri, 2020-ci ildə isə Meri adlı qızları dünyaya gəlib.




Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 Aprel 17:30 Çək və bizə göndər!