"Sumqayıt" və "Neftçi"nin legionerləri Afrika Millətlər Kubokunda sevindi

02:40 Hadisə 63
"Sumqayıt" və "Neftçi"nin legionerləri Afrika Millətlər Kubokunda sevindi

"Sumqayıt"ın müdafiəçisi Abdul Raşid Mumini və "Neftçi"nin yarımmüdafiəçisi Sessi D`Almeydanın da üzvü olduğu Benin millisi Afrika Millətlər Kubokunda 1-ci tur matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, B qrupunda mübarizə aparan komanda Konqo ilə üz-üzə gəlib.

Görüş Benin yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Həm Mumini, həm də D`Almeyda iştirak ediblər. Onlar start heyədə meydana çıxıblar.

Mumini sonadək oynayıb. D`Almeyda isə 82-ci dəqiqədə əvəzlənib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Dekabr 18:10 Çək və bizə göndər!
23 Dekabr 08:20 “Qarabağ”dan 12:1