Keçmiş dünya çempionu məşhur blogerin çənəsini sındırdı - VİDEO+FOTO

21 Dekabr 2025 10:40 Hadisə 556
Keçmiş dünya çempionu məşhur blogerin çənəsini sındırdı - VİDEO+FOTO

Mayamidə baş tutan boks gecəsində keçmiş dünya çempionu Entoni Coşua məşhur bloger Ceyk Pol üzərində inamlı qələbə qazanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, 8 raundluq (hər biri 3 dəqiqə) planlaşdırılan döyüş 6-cı raundda britaniyalı boksçunun amerikalı rəqibinin çənəsini sındıraraq nokaut etməsi ilə başa çatıb.

Bu qələbədən sonra 36 yaşlı Coşuanın peşəkar rinqdəki rekordu 29 qələbə (26-sı nokautla) və 4 məğlubiyyətə yüksəlib. 28 yaşlı Ceyk Pol üçün isə 14-cü döyüşündə 2-ci məğlubiyyəti alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 Aprel 17:30 Çək və bizə göndər!