Azərbaycan millisini seçən braziliyalı “Sportinfo” ilə əlaqə saxladı, kömək istədi

20:00 Hadisə 588
Azərbaycan millisini seçən braziliyalı “Sportinfo” ilə əlaqə saxladı, kömək istədi

Stajlı futbol azarkeşləri Andre Ladaqanı yaxşı xatırlayır.

Vaxtilə “Bakı”nın və Azərbaycan millisinin uğurları üçün tər töküb, Azərbaycan pasportunu daışıyıb.

Lakin milli pasportun vaxtı başa çatdığından ikili vətəndaşlıqdan məhrum olub. İndi yalnız Braziliya vətəndaşı hesab olunur.

Ladaqa Sportinfo.az-ın əməkdaşı ilə əlaqə saxlayaraq, kömək istəyib.

Keçmiş müdafiəçinin müraciəti Azərbaycana gəlmək və vətəndaşlığı bərpa etməklə bağlıdır.

O, bu istəklə AFFA rəhbərliyi ilə görüşmək istəyir.

Niyyəti assosiasiya başbilənlərinə vaxtilə yığmamızın formasını geyindiyini xatırlatmaq, yenidən yaşıl rəngli pasporta sahib olmaqla ölkəmizlə Braziliya arasındakı futbol əlaqələrinin genişləndirilməsində vasitəçi rolunu oynamaqdır.

Andrenin bizə müraciət etməsinin səbəbi arzusunu saytımız vasitəsi ilə AFFA rəhbərliyinə çatdırmaqdır.

Biz yazdıq, araşdırmaq və qərar vermək isə bizə aid məsələ deyil.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti