Ruslar Musayevi seçdi

20 Dekabr 2025 08:50 Hadisə 667
Ruslar Musayevi seçdi

“Krasnodar”ın baş məşqçisi Murad Musayev Rusiya Premyer Liqasının noyabr və dekabr ayları üçün ayın məşqçisi seçilib.

Sportinfo.az çempionatın mətbuat xidmətinə istinadən xəbər verir ki, Musayev bu mövsüm ikinci dəfə bu mükafata sahib çıxır.

O, oktyabrda da səsvermə zamanı hamını qabaqlamışdı.

Noyabr və dekabr aylarında “Krasnodar” 3 qələbə qazanıb,

2 heç-heçə edib və turnir cədvəlində birinci pilləni qoruyaraq, qış fasiləsinə ardıcıl üçüncü mövsüm lider kimi yollanıb. “Zenit” ikinci, “Lokomotiv” üçüncü pillədədir.

42 yaşlı məşqçi 2021-2024-cü illərdə “Sabah”ı çalışdırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 Aprel 17:30 Çək və bizə göndər!