Bakıda “Qarabağ”a qalib gəldilər, Amsterdamda “Feyenoord”a

02:50 Hadisə 137
Bakıda “Qarabağ”a qalib gəldilər, Amsterdamda “Feyenoord”a

"Ayaks” son oyunlarda uğurlu çıxışı ilə diqqət çəkir.

ötən həftə Çempionlar Liqasında Bakıda “Qarabağ”ı məğlub edən (4:2) Amsterdam təmsilçisi Niderland çempionatının 16-cı turunda evdə turnir cədvəlinin ikincisi olan “Feyenoord”da da qalib gəliblər - 2:0.

"Yohan Kroyf" arenada keçirilən matçda qolları Davi Klaassen (13) və Jorthy Mokio (90+4, pen.) vurublar.

Bu, “Ayaks”ın dalbadal 4-cü qələbəsi olub (1-i Çempionlar Liqası, 3-ü Erediviziyada).

“Feyenoord” üzərindəki qələbə sayəsində xalını 29-a yüksəldən Fred Qrimin komandası turnir cədvəlində 3-cü pilləyə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Dekabr 18:50 Çək və bizə göndər!
15 Dekabr 08:30 Zamiq oynadı, uddular
15 Dekabr 02:30 Ay Can, ay Can...