"Karvan-Yevlax" Premyer Liqanın 15-ci turunda səfərdə "İmişli" ilə 1:1 hesablı heç-heçə edib.
Sportinfo.az xəbər verir ki, qonaqların məşqçisi Füzuli Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında oyunu dəyərləndirib:
"Meydançanın vəziyyəti və hava şəraiti futbolçular üçün çox çətin idi. Ağır oyun oldu.
Əlbəttə ki, bura qələbə üçün gəlmişdik. Qalib gələ də, uduza da bilərdik.
Matçın ədalətli nəticəsi bərabərlik idi. Futbolçularıma təşəkkür edirəm. Çətin hava şəraitinə rəğmən döyüşkənlik göstərdilər.
Hesabda geri olsaq da, onlar əzmkarlıq göstərib bərabərlik qolunu vurdular. Qarşıdakı oyunlara hazırlaşacağıq".

