“Fırtınalar meydanı”nda oturacaqlar arasında tullantılar təmizlənmir.
Sportinfo.az xəbər verir ki, nocemmoent.az-ın cənub bürosunun verdiyi məlumata görə, bir zamanlar göz oxşayan “Xəzər Lənkəran“ stadionu indi zibillik poliqonuna çevrilib.
Tribunalarda əyləşmək istəyən azarkeşlər öncə zibilliksiz və səliqəli yer axtarırlar. Çünki qırıq, palçıqlı və oturacaqlar arasında zibillik hökm sürür.
Azarkeşlər deyir ki, Region Liqasında çıxış edən “Lənkəran“ın oyununa bir biletin qiyməti 1 manatdır.
“Hər oyuna baxmağa ən azı 1000-ə yaxın azarkeş gəlir. Yığılan pulnan qismən də olsa, oturacaqları təmir etdirmək və zibilləri təmizlətdirmək olar.
Axı “Xəzər Lənkəran“ stadionu bizlərə hələ də doğmadır. Buranı təmiz saxlamaq bizim borcumuzdur”.
Qida qalıqlarını stadiona kimlər, nə məqsədlə qoyur və oyundan sonra zibillər nə üçün təmizlənmir? İndi bu sual hər kəsi düşündürür.
Lənkəranın eyniadlı komandası dekabrın 14-də Masallı “Viləş“i ilə üz-üzə gəlib. Oyun qolsuz bərabərliklə sona çatıb.

