“Premyer Liqadan mənə real təklif yoxdur, yaxşı nəsə olacağına inanmıram”

13 Dekabr 2025 23:40 Hadisə 979
“Premyer Liqadan mənə real təklif yoxdur, yaxşı nəsə olacağına inanmıram”

“Bugünə qədər mənə hansısa real təklif olmayıb”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında hücumçu Orxan Əliyev deyib.

Yayda Azərbaycanı Qırğızıstana dəyişən forvard üz tutduğu ölkədə özünü yaxşı tərəfdən göstərməyi bacardı.

29 yaşlı ön xətt oyunçusu çempionatda meydana çıxdığı 9 oyunda rəqib qapılarından 7 qol keçirməklə adından söz etdirdi.

İndi onunla təkcə şərəfini qoruduğu “Ozqon” yox, Qırğızıstanın digər təmsilçiləri də yaxından maraqlanır.

Sözügedən ölkədə mövsüm başa çatdığından, növbəti “futbol ili” 2026-cı ildə start götürəcək. Maraqlıdır ki, Azərbaycan Premyer Liqasının heç bir təmsilçisi Orxana təklif göndərməyib.

“Xəzər Lənkəran”, “Kəpəz”, “Araz-Naxçıvan” və “Turan Tovuz” kimi bir çox komandanın şəfərini qorumuş Orxanı dinləyək:

“Bəlkə də Bakıda olduğumu bilmirlər. Bəlkə də “Ozqon”la müqaviləmin başa çatmasından xəbərsizdirlər.

Hələ ki, ciddi heç nə yoxdur. Ancaq yaxşı nəsə olacağına inanmıram”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 Yanvar 23:20 Dava-dalaşı kim salıb?