Utanmasan, istəməyə nə var ki... Millinin futbolçularının bu hərəkəti qıcıq doğurdu - VİDEO

19 Noyabr 23:20 Hadisə 174
Utanmasan, istəməyə nə var ki... Millinin futbolçularının bu hərəkəti qıcıq doğurdu - VİDEO

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Fransaya 1:3 hesabı ilə uduzan Azərbaycan yığmasının futbolçuları qarşılaşmadan sonra rəqib oyunçularla formalarını dəyişib.

Sportinfo.az xəbər verir ki, final fitindən sonra millimizin müdafiəçisi Qismət Alıyev Uqo Ekitikedən, Anton Krivotsyuk Bredli Barkoladan, Abbas Hüseynov isə Lukas Ernandesdən formasını alıb.

Komandamızın qapıçısı Aydın Bayramov isə Luka Şevalyenin köynəyini istəyib.

Onların bu hərəkəti sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Noyabr 18:10 Çək və bizə göndər!