“Qalatasaray”ın hücumçusu Mauro İkardinin eks-həyat yoldaşı Vanda Nara “Karib dənizinin quldurları” filminin ulduzu Conni Depplə bir araya gəlib.
Sportinfo.az xəbər verir ki, o birgə çəkdirdikləri fotoları sosial media hesabında izləyiciləri ilə bölüşüb.
Boşanma ərəfələrində İkardi özünü Conni Deppə bənzədərək aktyorun məhkəmə zalından fotolarını paylaşırdı. Hətta paylaşımlardan birində fotoşopla şəkillərini birləşdirmişdi.
İkardi və Nara 2014-cü ildə evlənib. Cütlük bu il rəsmən boşanıb. Onların bu evlilikdən iki övladı var.




