Dünya çempionatının seçmə mərhələsinin son turunun Ukrayna - İslandiya matçında (2:0) böyük qalmaqala səbəb olan görüntü qeydə alınıb.
Sportinfo.az xəbər verir ki, Ukraynanın fanat qruplaşması "United Ukraine" tribunada 15x15 metr ölçülü nəhəng baner açıb.
Banerdə alov içində təsvir olunan Kreml və önündə dayanan ukraynalı döyüşçü əks olunub.
Azarkeşlər bildirib ki, baner “Qoy Moskva xarabalığa dönsün” ideyası ilə hazırlanıb və hazırda cəbhədə döyüşən bütün ukraynalı fanatlara həsr olunur:
“Sektor və stadion meydançaları indi səngərlər və meşəliklərlə əvəzlənib, amma tribunalar hər zaman öz sahiblərini gözləyəcək” - deyə "United Ukraine" bəyan edib.
Hadisə beynəlxalq mediada da böyük rezonans yaradıb və sosial şəbəkələrdə geniş müzakirə olunur.
Görüntülər oyunun ən çox paylaşılan və mübahisə yaradan anına çevrilib.

