35 yaşlı kişi Ağdərədə minaya düşdü - Rəsmi açıqlama

08:10 Hadisə 82
35 yaşlı kişi Ağdərədə minaya düşdü - Rəsmi açıqlama

Bərdə sakini Ağdərədə minaya düşüb.

Hadisə rayonun Sırxavənd kəndi ərazisində baş verib.

Belə ki, rayon sakini, 1990-cı il təvəllüdlü Əliyev Natiq Namiq oğlu minaya düşərək xəsarət alıb. Yaralı Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib ki, işğaldan azad edilmiş Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində 2025-ci il 16 noyabr tarixində mina hadisəsi baş verib.

1990-cı il təvəllüdlü Bərdə kənd sakini Əliyev Natiq Namiq oğlu minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində ayağından xəsarət alıb.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

TƏBİB-dən bildirilib ki, saat 13:20 radələrində Ağdərə rayon Sırxavənd kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan 1990-cı il təvəllüdlü şəxs (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Pasiyentin üzərində sol aşağı ətrafın baldırın yuxarı 1/3-dən amputasiya əməliyyatı icra olunub. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.

Digər Xəbərlər
Xəbər Lenti
16 Noyabr 19:40 Çək və bizə göndər!