“Qarabağ”dan gedən hücumçu 7 ay sonra... VİDEO

21:15 Hadisə 114
“Qarabağ”dan gedən hücumçu 7 ay sonra... VİDEO

"Qarabağ"ın sabiq hücumçusu, hazırda "Flamenqo"da (Braziliya) çıxış edəm Juninyo uzun fasilədən sonra qol vurub.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı forvard A seriyasının 12-ci turunda ötən gecə "Sport Resife"yə qarşı oyunda fərqlənib.

Juninyo 56-cı dəqiqədə meydana daxil olub və 5 dəqiqə sonra komandasınn 2-ci qolunu vurub. Oyun "Flamenqo"nun 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu, "Flamenqo"da heyətə düşməkdə çətinlik çəkən Juninyonun 7 aylıq fasilədən sonra ilk qoludur.

O, sonuncu dəfə aprel ayında Libertadores Kubokunun qrup mərhələsində “Deportivo Taçira” ilə görüşdə qol vurmuşdu.

Juninyonun qışda komandadan ayrıla, hətta “Qarabağ”a qayıda biləcəyinə dair qeyri-rəsmi xəbərlər yayılıb.

Digər Xəbərlər
Xəbər Lenti