“Barselona”nın qapıçısı Voyçex Şesnı karyerasının ən çətin anını xatırladıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 2006-2017-ci illərdə oynadığı İngiltərənin “Arsenal” klubundan danışıb:
“Arsenal” mənə artıq onların planlarının bir hissəsi olmadığımı deyəndə çox çətin idi. Bu, bütün karyeramın ən çətin anı idi.
Ürəyim qırılan yeganə an idi. Evə gəlib ağladığımı xatırlayıram.
Sonradan başa düşdüm ki, o dönəmdəki baş məşqçi Arsen Venger bu qərarı əsasən 2015-ci ildə baş verən siqaret hadisəsinə görə (Şesnı siqaret çəkir) verib”.
35 yaşlı qolkiper 2024-cü ilin oktyabr ayından “Barselona”da çıxış edir. O, bu yay Kataloniya klubu ilə müqaviləsinin müddətini 2027-ci ilin ortalarına qədər uzadıb.

