Azərbaycanlı qapıçı 3 ay sonra Avropa klubundan ayrıldı

16 Noyabr 2025 09:50 Hadisə 2 531
Azərbaycanlı qapıçı 3 ay sonra Avropa klubundan ayrıldı

Azərbaycan millisinin sabiq qapıçısı Yusif İmanovun legioner karyerası başa çatıb.

Onun Kosovo macərası artıq arxada qalıb.

İyulda "Sabah"dan ayrılan, 1 ay sonra "Malişeva" ilə uzunmüddətli müqavilə imzalayan 22 yaşlı kiper artıq vətənə dönüb.

Ağdamlı "əlcək sahibi" Balkan yarımadasından elə-belə ayrılmayıb.

Kosovo çempionatının səviyyəsi İmanovu qane etməyib. Digər tərəfdən, "Malişeva"nın şəraiti ürəyincə olmayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti