“Qızım bir kəlmə dedi ki, mənim arzularımı pul eləmə”

16 Noyabr 09:00 Hadisə 545
“Qızım bir kəlmə dedi ki, mənim arzularımı pul eləmə”

Müğənni Samirə ƏliMəryəm övladları haqda danışıb.

Sportinfo.az xəbər verir ki, “İncə səhər” verilişində qonaq olan sənətçi qızının peşəkar futbolla məşğul olduğunu bildirib:

"Oğlumun 27 yaşı var. Məni onunla görəndə elə bilirlər, bacı-qardaşıq.

Qızım peşəkar futbolla məşğuldur, oyunları olur. Hər kəsin öz seçimi oldu.

Mən uşaqlıqda müğənni olmaq isstəyəndə icazə vermirdilər. Deyirdilər ki, qız uşağı üçün müğənnilik olmaz.

Sanki tarix təkrarlandı. Qızım sevdiyi peşə ilə məşğul olmaq istədi.

Bir anlıq dedim ki, futbol hara, xanım hara? Bir kəlmə dedi ki, mənim arzularımı pul eləmə. Onunla da hər şey bitdi".

Digər Xəbərlər
Xəbər Lenti
5 Dekabr 18:10 Çək və bizə göndər!
5 Dekabr 08:40 Onlardan da PUL ÇIXDI