PFL Premyer Liqada bu oyunun yerini dəyişdirdi

16 Noyabr 2025 08:20 Hadisə 914
PFL Premyer Liqada bu oyunun yerini dəyişdirdi

Peşəkar Futbol Liqası (PFL) Premyer Liqanın 12-ci turunun “Karvan-Yevlax” – “Kəpəz” oyununun yerini dəyişdirib.

Sportinfo.az xəbər verir ki, sözügedən matç Yevlax şəhər stadionunda baş tutacaq.

PFL-in rəsmi saytında daha əvvəldən qarşılaşmanın keçiriləcəyi arena Şamaxı şəhər stadionu göstərilsə də, bu gün məkanın yeri dəyişdirilərək Yevlax şəhər stadionu ilə əvəzlənib.

“Karvan-Yevlax” – “Kəpəz” oyunu noyabrın 21-də, saat 14:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti