17 yaşlı oyunçu rəqibini döydü, 99 illik diskvalifikasiya edildi

01:40 Hadisə 101
17 yaşlı oyunçu rəqibini döydü, 99 illik diskvalifikasiya edildi

İsrailin “Yermiyahu Holon” klubunun adı açıqlanmayan 17 yaşlı oyunçusu 99 il müddətinə diskvalifikasiya edilib.

Sportinfo.az “One” nəşrinə istinadən xəbər verir ki, buna səbəb onun rəqibini döyməsi olub.

Belə ki, oyunçunun paltardəyişmə otağında digər futbolçuya hücum etməsinin görüntüləri yayılıb. Bundan sonra klub onu heyətdən kənarlaşdırıb.

İsrail Futbol Assosiasiyasının qərarına əsasən, qaydanı pozan futbolçu 2124-cü ilin noyabrında yenidən meydana çıxa biləcək.

O, həmçinin 2,5 min şekel (təxminən 1349 AZN) məbləğində cərimələnib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Noyabr 18:10 Çək və bizə göndər!