“İmişli”nin belaruslu qapıçısı Andrey Sinenko Sportinfo.az-a müsahibə verib.
- Hər kəs “İmişli”dən danışır. Uğurlu çıxışın səbəbi nədir, nədədir?
- Bu, fasiləsiz görülən işlərin nəticəsidir. Baş məşqçimiz dəqiq və çalışqan insandır. Hər gün analizlərdə ayrı-ayrı futbolçulara nə etmək lazım gəldiyini başa salır. Ona görə də hər kəs meydanda nə etməli olduğunu yaxşı bilir. Futbolda bu, olduqca vacib amildir.
- İyulda – komandanı yeni formalaşmağa başlayanda çempionata bu cür start verəcəyinizi təsəvvür edirdin? “Sumqayıt”la oyundakı texniki məğlubiyyət olmasaydı, bu gün liderlərin arasında yer alacaqdız.
- Açığı, o barədə çox da düşünmürdüm. Məqsədim tapşırıqları yerinə yetirmək, yeni mövsümə hazırlaşmaq idi. Hələ heç nə etməmişik. Çempionat sprint deyil, uzun marafondur. Ona görə də irəli boylanmalıyıq. Nə baş verəcəyini may ayında birlikdə görəcəyik. İndidən nəsə demək üçün tezdir.
- “Sabah”ı udub, “Zirə” və “Neftçi” kimi iddialılarla bərabərə qalmısız.
- Yadıma gəlir, BATE “Bavariya” kimi nəhəngə qarşı oynayırdı və heç kim Belarus komandasının qalib gələcəyini düşünmürdü. BATE rəqibini 3:1 hesabı ilə məğlub etmişdi, “Bavariya” isə həmin mövsüm Çempionlar Liqasını qazanmışdı. “Qarabağ” da Azərbaycanın top-komandasıdır.
- Çempionatın ən sabit qapışılarıdan birisən.
- Qol buraxmaq futbolun tərkib hissəsidir. Üzülməklə heç nə düzəlmir. Başımızı dik tutub, irəli boylanmalıyıq. Əsas olan komandanın uğur qazanmasıdır.
- Bu cür davam etsən, yerli və xarici klublar qış fasiləsində “İmişli”nin qapısını döyə bilər. Hazırsan buna?
- Belə bir fikirləri olsa, kluba müraciət edəcəklər.
HƏBİB

